Bu ilin yanvar-aprel aylarında Azərbaycan 52.985,98 min ABŞ dolları dəyərində 22.101,88 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə, həcmi isə 61,5% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,6% təşkil edib.
(c)APA