Siyasət

24 May

OPEC+ Texniki komitəsinin iclası təxirə salındı

OPEC+ Texniki komitəsinin növbəti iclasının vaxtı dəyişidirilib.

Bu barədə TASS öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə mayın 25-nə təyin olunan iclas mayın 31-nə keçirilib.

OPEC + Texniki komitəsinin tərkibinə müqavilədə iştirak edən səkkiz ölkənin müvafiq nazirliklərindən mütəxəssislər daxildir. Mütəxəssislər hər ay videokonfrans formatında toplanır və nazirlər üçün neft bazarındakı vəziyyət barədə analitik hesabat hazırlayırlar.