ABŞ-da ən böyük neft boru xəttlərindən biri kiber hücum səbəbilə bağlanmışdı.
Fins.az xəbər verir ki, hücuma məruz qalmış ölkənin ən böyük neft tədarükçülərindən "Colonial Pipeline" şirkəti çıxış yolunu hakerlərə tələb etdikləri pulu ödəməkdə tapmışdı.
ABŞ mediasında şirkətin 5 milyon dollar ödədiyi iddia edilmişdi, ancaq gerçək miqdar ortaya çıxıb.
"Colonial Pipeline", 7 Mayda yaşanan hücum səbəbilə hakerlərə 4.4 milyon dollar ödəndiyini açıqlayıb.
Şirkətin sözcüsü, "Qərar asan verilmədi, amma edilməsi lazım olanı etdik. Milyonlarla amerikalı "Colonial"a güvənir", deyib.
Houstondan Nyu York Limanına gündəlik 100 milyondan qallondan çox benzin və digər yanacaq daşıyan "Colonial Pipeline" boru xəttinin fəaliyyəti kiber hücum səbəbilə müvəqqəti dayandırılmışdı. ABŞ mediasında çıxan xəbərlərə görə, şirkət pulu, kriptovalyuta olaraq hakerlərə göndərib. Hakerlər ödənişi aldıqdan sonra, sistemdən xaric edilmiş kompüter şəbəkəsini geri yükləmək üçün bir proqram göndərmişdilər.
Hücumun ardından gündəlik 100 milyon qallondan çox yanacaq daşıyan boru xətti, təxminən 1 həftə fəaliyyətlərinə fasilə vermiş, bir çox ştatda yanacaq çətinliyi yaşanmışdı. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranmışdı.