Siyasət

18 May

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib.

Fins.az xəbər verir ki,alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.