Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu sabit saxlayıb.
Bu barədə "OPEC-in aylıq hesabatında bildilir
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 760 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz ilə müqayisədə dəyişməz olaraq qalıb.
Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
(c)APA