Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,5 faiz artıb.
Fins.az xəbər verir ki, sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 9,3 faiz artıb.