Siyasət

16 May

“Azəriqaz”: Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb

2021-ci ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb.

İB-dən Fins-a verilən məlumata görə, onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıtın, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.