Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Rosneft”in neft məhsullarının Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququ barədə saziş imzalayıb.
Fins.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü İbrahim Əhmədov “RİA Novosti”yə bildirib.
“Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq neft-qaz ticarətində mövqelərini gücləndirmək niyyətindədir. Rusiyanın “Rosneft” neft şirkəti ilə “Rosneft” tərəfindən istehsal olunan neft məhsullarının Ukraynaya, Polşaya, Baltikyanı ölkələrə və Şərqi Avropanın digər ölkələrinə ixracı hüququnu nəzərdə tutan saziş imzalanıb”, - deyə İ.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda nəzərdə tutulan əməliyyatların həcmi və müddəti razılaşdırılır