Macarıstanın ən iri neft-qaz şirkəti olan MOL 2021-ci ilin birinci rübünün yekunları üzrə $305 milyon məbləğində xalis mənfəət (2020-ci ilin müvafiq dövründə $152 milyon məbləğində zərər) əldə edib. Bu barədə şirkətin hesabatında deyilir.
Şirkətin gəliri $3,7 milyard təşkil edib.
Birinci rübdə MOL tərəfindən gündəlik hasilat 116,7 milyon barel təşkil edib ki, bu da əvvəlki rübün göstəricisindən 2,7% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 6% çoxdur. Şirkətdən verilən məlumata görə, artım “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda hasilatın həcminin artması hesabına baş verib. MOL Britaniyanın BP şirkətinin 30,37% payla operatoru olduğu bu layihədə 9,57% pay sahibidir