Siyasət

08 May

“Bakı Elektroştamp” ASC səhdarlarının onlayn görüşü - KEÇİRİLƏCƏK

“Bakı Elektroştamp” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az  xəbər verir ki, yığıncaq 28 iyun 2021-ci il saat 10.00-da, onlayn rejimdə Zoom proqramı vasitəsilə qeyd olu­nan linkə qoşulmaqla //zoom.us/j/95971734818?pwd=TzdpWlFzL2taMkdRQTQxeEY4eXpYdz09 aşağıdakı gündəlikdə keçiriləcəkdir:

Gündəlikdəki məsələlər:

1 . “Bakı Elektroştamp” ASC -nin 2019 və 2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

2. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Nərimanov rayo­nu, Araz küçəsi 7 nömrəli ünvanda yerləşən inzi­bati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Karantin rejimi ilə əlaqədar məhdudiyətlər müəyyənləşdirilə bilər.