2021-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da “Petkim”in istehsal gücü 92%-ə çatıb.
Fins.az xəbər verir ki, Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub. Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz etmişdir. İlk üç ayda ümumi gəliri 5 milyard TL-yə çatan şirkətin satışlarında daxili bazarın payı 66% olmuşdur.