Siyasət

07 May

"Azəralüminium"dan 2 şirkətə 74 milyon manatlıq sifariş

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC gil-torpağın alınması ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb. 

Fins.az MMC-nin bildirişinə istinadən xəbər verir ki, tenderin qalibləri “Noble Resources Ltd” və “Silk Road Commodities” şirkətləridir.

Qalib şirkətlərə müvafiq olaraq 57 milyon 202 min manatlıq və 17 milyon 280 min manatlıq olmaqla, cəmi 74 milyon 482 min manatlıq müqavilələr imzalanıb.

“Azəralüminium” – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir