Siyasət

06 May

“Şimal-Qərb” RETSİ-də bu işlər görülür - Video

"Şimal-Qərb" Regional Enerji Təchizat və Satış İdarəsinin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların, xüsusilə də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər davam edir.

Fins.az xəbər verir ki,son bir il ərzində Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. İki ədəd yeni yarımstansiyanın isə istimara verilməsi istiqamətində son tamamlanma işləri aparılır. Hava elektrik verliş xətləri, transformator məntəqələri yenilənir.

           Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və KTM-lər yenilənir. Son bir il ərzində 4 yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izoliyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işlər aparılıb.  Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çlıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur.

Qeyd edək ki, Şimal-Qərb RETSİ-si üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təchiz edilir.