Siyasət

06 May

“SOCAR Construction” nizamnamə kapitalını KƏSKİN AZALDIB

“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azladıb 

Fina.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub

 Məlumatda bildirilir ki, “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 1,135,292 (bir milyon bir yüz otuz beş min iki yüz doxsan iki) manat məbləğdən 34,058.76 (otuz dörd min əlli səkkiz manat yetmiş altı qəpik) manat məbləğə azaldığını elan edir.

Həmçinin məlumatda "Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər."-deyə qeyd olunub.

Müəllif:Aynur Qəniyeva