Siyasət

05 May

“Azərişıq” kabellərin bərpasını təmin edən vasitələrin tədarükçüsünü seçir

“Azərişıq” ASC 1/10/35 kV tipli güc kabellərin konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin edən vasitələrin tədarükçüsünü seçir.

Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 300 manatdır.

Tender təklifləri 10 iyun saat 12:00-a qədər qəbul olunur. Tender proseduru 12 iyun saat 12:00-da baş tutacaq.

Telefon: 440-39-93 (daxili: 29-18).

Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir