Siyasət

05 May

Paytaxtda sənaye istehsalı və göstərilmiş xidmətlərin həcmi 1,2% ARTIB 

2021-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 8,8 milyard manat təşkil edib. 

Fins.az xəbər verir ki,Bakı şəhər Statistika İdarəsinin yayımladığı məlumat görə, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 18,6 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.