Siyasət

04 May

Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqladı

Dövlət Neft Fondu 01 may 2021-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

Fins.az xəbər verir ki,  01.01.2021-01.05.2021 dövründə Azəri-Çıraq-Günəşli yataqları üzrə Fonda 1 milyard 437 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə 42 milyon 352 min ABŞ dolları daxil olub. 

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 42 milyon 352 min ABŞ dolları təşkil edib.