Siyasət

03 May

ABŞ-ın neft sanksiyası Belarusa təsir etmir - Minsk

Rusiya neftinin Belarus neft emalı zavodlarına tədarükü normal rejimdə aparılır, ABŞ-ın sanksiyaları buna təsir göstərmir.

Fins.az  xəbər verir ki, bunu Belarusun Baş naziri Roman Qolovçenko "Belarus-1" telekanalının efirində deyib.

"Qəbul edilmiş qərara əsasən, sanksiyalar ABŞ-ın fiziki, hüquqi şəxslərinə, həmçinin nəzarət paketinin ABŞ vətəndaşlarına və ya hüquqi şəxslərə məxsus olduğu şirkətlərə şamil edilir. Amma nefti biz ABŞ-dan deyil, tərəfdaşımız olan Rusiya Federasiyasından alırıq. Bütün müqavilələr imzalanıb, neft həmin müqavilələrin şərtlərinə uyğun olaraq tədarük edilir", - o bildirib.