“Azərişıq” ASC “Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 35/6 kV-luq 2x16 MVA gücündə "91" saylı YS-nın əvəzinə 2x40 MVA gücündə 110/35/6 kV-luq yeni yarımstansiyanın tikintisi işlərinin satın alınması”, “Yarımstansiyalar arasında bağlantıların qurulması üçün Şükürbəyli- Hadrut- Şuşa istiqamətində fiber optik (48 lifli) kabelin çəkilməsi və rabitə sisteminin keyfiyyətini və dayanaqlılığını artırılması üçün iki nüvəli ATS-in qurulması işlərinin satın alınması” və “Müxtəlif növ ağır avto mexanizimlərin satın alınması” üçün keçirdiyi tenderləri yekunlaşdırıb.
Fins.az xəbər verir ki, qalib şirkətlər müvafiq olaraq “Aran Tikinti - Quraşdırma” MMC, “Estet” MMC və “Original Motors” MMC-dir (IVECO-nun Azərbaycanda rəsmi dileridir).
“Azərişıq” “Aran Tikinti - Quraşdırma” ilə məbləği 1 milyon 271 min 520 manat, “Estet” MMC ilə məbləği 1 milyon 999 min 406 manat və “Original Motors” MMC ilə məbləği 2 milyon 952 min 203 manat olan müqavilələr bağlanıb (cəmi 6 milyon 223 min 129 manat).