Siyasət

28 Aprel

Səudiyyə neft şirkəti səhm satışı üçün danışıqlar aparır

Səudiyyə Ərəbistanının nəhəng neft şirkəti Aramco-nun səhmlərinin 1%-nin satışı üçün danışıqlar aparılır.

Fins.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalına müsahibə verən Şahzadə Məhəmməd bin Salman, Aramco-nun 1%-lik hissəsinin satışı üçün "qabaqcıl qlobal enerji şirkətilə" danışıqlar apardıqlarını açıqlayıb.

Bin Salman, 19 milyard dollar təşkil edə biləcək potensial səhm satışının qarşıdakı iki il ərzində reallaşa biləcəyini söyləyib.

Səudiyyə Ərəbistanı Dövlət Sərmayə Fondunun da dünyanın ən böyük neft şirkətində səhmə sahib olması ehtimalı olduğunu da qeyd edən Vəliəhd Şahzadə, şirkət səhmlərinin başqa bir hissəsinin də ikinci kütləvi təklif ilə satışa təqdim etmək planı olduğunu da sözlərinə əlavə edib.