Siyasət

26 Aprel

"Lukoil": "OPEC+" razılaşması həmişəlik uzadıla bilər

Yeni iqlim reallıqları şəraitində "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması müddətsiz uzadıla bilər.

 Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə Rusiyanın "Lukoil" neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.

O bildirib ki, "OPEC+" razılaşması uzun bir tarixi perspektiv üçündür, yeni iqlim reallıqları şəraitində bəlkə də həmişəlik olacaq.

(c)APA