Siyasət

22 Aprel

Naxçıvanda sənaye istehsalı ARTIB

2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunub  ki, bu da bir il öncəki göstəricini 1% üstələyib. 

Fins.az xəbər verir ki,sənaye məhsulu istehsalının 92,7 faizi malların, 7,3 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Müəllif:Aynur Qəniyeva