Siyasət

21 Aprel

Azərbaycan Sənaye Korporasiyası birgə müəssisə yaratmağa hazırlaşır

Azərbaycan Sənaye Korporasiyası (ASK) birgə müəssisənin yaradılması ilə bağlı hüquqi xidmətlərin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.

Fins.az xəbər verir ki, qalib şirkət “Dentons Europe(Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. ASK qalib şirkət ilə məbləği 33 min 422 manat olan müqavilə imzalayıb.