Siyasət

21 Aprel

Azərbaycanda investisiya dəyəri 12 mln manat olan zavod işə salınıb 

“Elberg” şirkəti Hacıqabul Sənaye Məhəlləsində tikinti materialları üçün avadanlıqların istehsalı zavodunu işə salıb.

“Zavodda tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal ediləcək”, - deyə müəssisənin direktoru Mais Qasımov bildirib.

Onun sözlərinə görə, zavoda 12 milyon manat sərmayə yatırılıb.

“Müəssisədə Türkiyə, Yaponiya və Finlandiya istehsalı olan avadanlıqlar quraşdırılıb. Burada 100 yeni iş yeri yaradılıb”, - deyə Qasımov qeyd edib. Şirkətə investisiya təşviqi sənədi də verilib.

Qeyd edək ki, “Elberg” MMC “Mətanət-A” şirkətinin strukturuna daxildir.