Siyasət

21 Aprel

İMF: Azərbaycan üçün bir barel neftin itkisiz qiyməti 82,5 dollar olacaq

2021-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $82,5, 2022-ci ildə 66,4 dollar təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.

İcmalda bildirilir ki, 2020-ci ildə bu göstərici neftin bir bareli üçün $65 təşkil edib.

“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.

Bundan başqa, BVF proqnozlaşdırır ki, 2021-ci ildə Azərbaycan üçün xarici ticarətdə bir barel neftin itkisiz qiyməti (external breakeven oil price) $98,6, 2022-ci ildə isə $98 barel (2020-ci ildə $69,5) təşkil edəcək.

Fondun proqnozlarına görə, Azərbaycandan neft ixracı 2020-ci ildəki gündəlik 0,58 milyon bareldən 2021-ci ildə 0,54 milyon barelə, 2022-ci ildə isə 0,5 milyon barelə qədər azalacaq.

Azərbaycanın 2021-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti $40 səviyyəsində nəzərdə tutulub. (İnterfaks)