Siyasət

21 Aprel

Neft Fondundan dövlət büdcəsinə daha az transfert qeydə alınıb

2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz az, yəni 2 milyard 513,7 milyon manat daxilolma qeydə alınmışdır.

Bu barədə Maliyyə Nazirliyindən Fins.az-a məlumat verilib. 

Qeyd olunub ki, Dövlət Neft Fondundan daha az transfert -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabınadır.

Dövlət Neft Fondundan dövlət büdcəsinə faktiki transfertin proqnozdan az olması lazım gələrsə valyuta hərraclarında daha çox ABŞ dollarının satışına imkan yaradır.