Cari ilin yanvar-mart aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 5 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur.
Fins.az xəbər veri ki, bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kub metr, Avropaya təqribən 1,1 milyard kub metr, Gürcüstana isə 784 milyon kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 27 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,4 milyard kub metr qaz nəql olunub.
Müəllif: Aynur Qəniyeva