Bu dövrdə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
Fins.az xəbər verir ki, SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsium, 370 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 % azdır.
Müəllif:Aynur Qəniyeva