Siyasət

16 Aprel

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 6,8 milyon ton neft daşınıb

Birinci rübdə Azərbaycandakı magistral neft kəmərləri ilə 8 milyon 950,7 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, nəqletmənin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və üç ayda bu kəmərlə 6 milyon 877,5 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 858,3 min ton tranzit nefti də ötürülüb.