Siyasət

16 Aprel

Azərbaycanda tikinti materiallarının istehsalı ARTIB

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0% artıb. 

Fins.az xəbər verir ki, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4%, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5 %, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 %, tikinti əhənginin istehsalı 21,9 %, tikinti gipsinin istehsalı 10,3 %, tikinti kərpicinin istehsalı 2,7% artmış,

Hesabat dövründə sementin istehsalı 8,0%, asfaltın istehsalı isə 83,7% azalıb. 

Müəllif: Aynur Qəniyeva