SOCAR şirkəti STAR NEZ-in illik gücünü 11,5 milyon tonadək artırmağı planlaşdırır.
Fins.az xəbər verir ki,bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit” in (“SOCAR Turkiye Enerji”nin bölməsi) prezidenti Anar Məmmədov bəyan edib.
“STAR NEZ-in layihə gücü illik 10,3 milyon ton neft təşkil edir. Ötən il biz 10,5% milyon ton emal etmişik, artıq layihə gücündən kəbara çıxmışıq. 2021-c ildə plan 11 milyon ton neft təşkil edir, yaxın illərdə bu səviyyəni 11,5 milyon tonadək artırmağı planlaşdırırıq, yəni istehsal gücünün layihə göstəricisindən daha çox artırılması barədə danışırıq”, - Məmmədov CBC telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, bu artım hər hansı əlavə kapital qoyuluşu olmadan, mövcud güclər, zavodda olan qurğular, istehsalat rejiminin optimallaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi hesabına əldə olunacaq.
“Xüsusi texniki detallara toxunmadan izah edə bilərəm ki, istənilən NEZ-in layihə və qidravlik gücü arasında müəyyən fərq, müəyyən ara var ki, hansından ki, öz xeyrimizə istifadə edə bilərik, biz də bunu edirik. Bu kifayət dərəcədə ambisiyalı hədəfdir, lakin biz əminik ki, buna nail olacağıq. Həmçinin bütün qurğularımızda test rejimində bunun mümkün olduğuna əmin olduq, bu səbəbdən bu vəzifələrin həyata keçirilməsinə şübhəmiz yoxdur”, - Məmmədov deyib.