Siyasət

16 Aprel

Emal sektorunda müxtəlif sektorlarda AZALMA -GÖSTƏRİCİLƏR

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % az sənaye məhsulu istehsal edilib. 

Fins.az xəbər verir ki, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 7,3 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,8 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 2,4 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 83,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 81,4 %, kağız və karton istehsalı 32,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 27,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 15,2 faiz, elektrik avadanlıqlarının istehsalı 14,1%, geyim istehsalı 10,8%, tikinti materiallarının istehsalı 10,0 %, qida məhsullarının istehsalı 6,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,6% artmış, mebel istehsalı 6,3%, hazır metal məmulatlarının istehsalı 11,5%, kimya sənayesi məhsullarının istehsalı 12,5%, neft məhsullarının istehsalı 13,0%, içkilərin istehsalı 13,1%, poliqrafiya məhsullarının istehsalı 62,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,3 %, sair nəqliyyat vasitələrinin istehsalı 97,7% azalıb.