Siyasət

16 Aprel

Sənaye məhsulu istehsalı AZALIB 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % az sənaye məhsulu istehsal edilib. 

Fins.az xəbər verir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9% azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,9% artıb.

Sənaye məhsulunun 63,7 %-i mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 6,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Müəllif: Aynur Qəniyeva