Siyasət

15 Aprel

“Akkuyu” AES-in inşası üçün 500 milyon dollar kredit xətti açılıb

RİA “Novosti”nin yaydığı məlumata görə, Rusiyanın “Otkrıtiye” bankı “Akkuyu” atom elektrik stansiyasının (AEs) inşası üçün 500 milyon dollarlıq kredit xətti açıb.

Mənbə qeyd edir ki, “Otkrıtiye” bankı “Rosatom”un törəmə şirkəti olan “Akkuyu Nükleer” üçün 500 milyon dollarlıq bərpa olunmayan kredit xətti açıb. Kredit bank ilə “Akkuyu Nükleer” arasında imzalanmış sazişə əsasən yeddi il müddətinə verilir.

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin martın 10-da “Akkuyu” AES-in üçüncü blokunun təməlqoyma mərasimində videokonfrans vasitəsilə iştirak etmişdilər. Stansiyanın dördüncü blokunun inşasına 2022-ci ildə başlanacağı nəzərdə tutulub.