Siyasət

15 Aprel

SOCAR və “Belneftexim” Anlaşma Memorandumu imzaladı

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Fins.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Belneftexim” Konserninin sədri Andrey Rıbakov imzalayıblar.

Memorandumda tərəflərin neft və neft məhsullarının istehsalı və reallaşdırılması sahəsində imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

 

Memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarus neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və s. təşkil edəcək.

Sənəd həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və Belarus bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.