Siyasət

13 Aprel

Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq

Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov jurnalistlərə açıqlamasında bildirib.

“Bu il üçün bir milyon planlaşdırılır. Bu tədarüklər bərabər şəkildə gedir. Bu günə qədər 270 min ton tədarük edilib. 90 min tonluq tanker hazırda boşaltma məntəqəsinə hərəkət edir”,- deyə Ravkov qeyd edib.

A. Ravkovun sözlərinə görə, ötən il Azərbaycancandan Belarusa 800 min ton neft çatdırılıb. Diplomat qeyd edib ki, ölkələr arasında bu sahədə əməkdaşlıq yalnız inkişaf edəcək.