Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC), qlobal neft tələbinin bu il keçən illə müqayisədə gündəlik təxminən 6 milyon barrel artımla 96 milyon 500 min barrel olacağını açıqlayıb.
Fins.az xəbər verir ki, OPEC-in mart ayına bağlı neft bazarı hesabatına görə, tələbdəki artım proqnozu güclü iqtisadi yığışma gözləntilərindən qaynaqlanır.
İqtisadi inkişaf ilin ikinci yarısında neft tələbinə müsbət istiqamətdə təsir edəcək. Yeni növ koronavirusa (Kovid-19) qarşı peyvəndləmənin genişlənməsi iqtisadi toparlanmanı sürətləndirir.
Hesabata görə, qlobal neft hasilatı keçən ay bir əvvəlki ayla müqayisədə gündəlik 1 milyon 220 min barrel artaraq təxminən 93 milyon 230 min barel olub. OPEC-in gündəlik xam neft istehsalı da söz mövzusu dövrdə, gündəlik 200 min barrel artaraq təxminən 25 milyon 40 min barrel səviyyəsində reallaşıb. Bu artımla, OPEC-in qlobal neft istehsalındakı payı martda 26,9% olub.
OPEC-ə üzv olmayan ölkələrdə gündəlik neft istehsalı isə eyni dövrdə 1 milyon 20 min barrel artaraq 68 milyon 190 min barrel səviyyəsinə yüksəlib.