Siyasət

07 Aprel

“Saudi Aramko” boru kəmərlərinin 49%-ni satır

Səudiyyə Ərəbistanının “Saudi Aramko” dövlət neft şirkəti özünün boru kəmərlərindəki aktivlərinin 49%-nin Amerika, Çin və digər yeri investorlara satışı ilə bağlı danışıqlar aparır.

Fins.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Şirkətin bu razılaşmalardan 10-15 milyard dollar gəlir götürəcəyi bildirilib. Aktivlərin satışı haqqında razılaşmanın bu həftə elan ediləcəyi gözlənilir.

Bununla belə “Saudi Aramko” boru kəmərlərinə nəzarət paketini əlində saxlayacaq.

Qeyd edək ki, “Saudi Aramko” ölkə ərazisində 90 boru kəmərinə nəzarət edir.