Siyasət

07 Aprel

ABŞ Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu azaldıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-2022-ci illər üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,02 milyon barel azaldıb.

Fins.az xəbər verir ki, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.

EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,73 milyon barel həcmində mart göstəricisinə qarşı 0,75 milyon barel səviyyəsində proqnozlaşdırılır.

EIA cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatını 0,75 milyon barel (mart proqnozu - 0,75 milyon barel), II rübdə 0,73 milyon barel (mart proqnozu - 0,76 milyon barel), III rübdə 0,73 milyon barel (mart proqnozu - 0,77 milyon barel), IV rübdə 0,77 milyon barel (mart proqnozu - 0,79 milyon barel) səviyyəsində proqnozlaşdırır.

EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,80 milyon barel həcmində (mart proqnozu – 0,82 milyon barel) gözləyir.

EIA gələn ilin I rübündə gündəlik neft hasilatını 0,79 milyon barel (mart proqnozu – 0,81 milyon barel), II rübdə 0,80 milyon barel (mart proqnozu – 0,82 milyon barel), III rübdə 0,78 milyon barel (mart proqnozu – 0,81 milyon barel), IV rübdə 0,81 milyon barel (mart proqnozu - 0,83 milyon barel) səviyyəsində proqnozlaşdırır.