Siyasət

19 Mart

Azərbaycanda bu yatağın istismara verilməsi ilə bağlı hərrac keçiriləcək

İl ərzində ölkə üzrə 24 faydalı qazıntı yatağının hərrac qaydasında  istifadəyə verilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, ilkin olaraq 16 aprel tarixində “Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracda Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (//bit.ly/3c2U5Xr)  və Özəlləşdirmə portalında (//bit.ly/3tw0uA6) tanış olmaq mümkündür.