"XAÇMAZ EKSPERİMENTAL KONSERV" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb
Məlumata görə,"XAÇMAZ EKSPERİMENTAL KONSERV" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 28 aprel 2021-ci il tarixdə, saat 11-00-da, Xaçmaz rayonu, Qaraqurtlu kəndi ünvanında keçiriləcək.
Bildirilir ki, yığıncaqda səhmdar cəmiyyətin 2020-ci ilin yekunlarına dair maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və balansın təsdiqi; digər məsələlər müzakirə ediləcək.
Məlumatda həmçinin Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.-deyə qeyd olunub.
Müəllif:Aynur Qəniyeva