Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu baza tədqiqatlarının başa çatdırılması üçün "NDT Global" şirkəti ilə müqavilə imzalayıb.
Qeyd olunub ki, 878 kilometr uzunluğundakı qaz borusu sistemi çoxsaylı qəliz xüsusiyyətə, o cümlədən dağlıq ərazi, yüksək hündürlüklü profil, divarların qalınlığı və mürəkkəb sualtı profilə malikdir:
""NDT Global" şirkətinin "ART Scan" texnologiyası bu xüsusiyyətləri, eləcə də divarların qalınlığını uyğunlaşdıraraq bu problemləri həll edir".
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.