Siyasət

10 Mart

"AzerGold" indiyədək satışlardan - 563 mln. manat qazanıb

"AzerGold" QSC fəaliyyətə başladığı dövrdən (2017-ci il) indiyədək (2017-2020-ci illər) 6,061 ton (194,9 min unsiya) qızıl və 10,997 ton (353,6 min unsiya) gümüş hasil edib.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Beləliklə, QSC-yə indiyədək qiymətlilərin satışından 563 mln. manat vəsait daxil olub. Bundan əlavə, sözügedən dördillik dövrdə QSC 140 min metrdən artıq buruq-qazma işləri həyata keçirib.

Qeyd edək ki, 2020-ci ildə "AzerGold" 59,4 min unsiya qızıl və 119,4 min unsiya gümüşün satışını həyata keçirib və nəticədə ümumi gəlirləri 186,5 mln. manat təşkil edib ki. Bu göstərici 2019-cu il ilə müqayisədə 29% çoxdur. (Apa)