Siyasət

04 Mart

Qaradağda gips əsaslı məmulatlar zavodu açılacaq

Ölkəmizdəki əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır.

Fins.az xəbər verir ki, əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır.

Belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.