Siyasət

04 Mart

OPEC+ toplantısından öncə neft qiymətləri yüksəlir - BU GÜN MÜHÜM QƏRAR QƏBUL EDİLƏCƏK

Neft qiymətləri, bu gün Neft İxrac Edən Ölkələr Birliyi və müttəfiqlərinin (OPEC+) keçirləcək yığıncaqda istehsalı artıracaqlarına dair proqnozlara baxmayaraq yüksəılib. 

Fins.az xəbər verir ki, OPEC+ koalisiyası, bu gün keçiriləcək yığıncaqda istehsalın azaldılması qərarını yumşaldıb- yumşaldılmayacağına dair qərar verəcək. Səudiyyə Ərəbistanı neft istehsal edən ölkələri diqqətli bir şəkildə qərar qəbul etmələri barədə xəbərdar edib.

OPEC+ ölkələrində hakim olan fikir bazarların daha çox neft təklifini "həzm edəcəyi" biləcəyi istiqamətindədir.

OPEC-in baş katibi Məhəmməd Barkindo çərşənbə axşamı günü iqtisadiyyatların və neft bazarının toparlanmağa davam edəcəyini bildirib.

Bu gün neft baxımdan mühüm bir gündür. OPEC+ın istehsalı nə qədər artıracağı qeyri-müəyyəndir. Səudiyyə Ərəbistanının əlavə olaraq azaltdığı istehsalını tezliklə bərpa edəcəyi də gözlənilmir.  

Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 3,1% bahalaşma ilə 64,67 dollardan, Qərb Teksas nefti isə 3,5% bahalaşma ilə 61,83 dollardan ticarət olunub.