Siyasət

04 Mart

OPEC+ çərçivəsində hasilata dair razılıq əldə edilməyib

OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclasında aprel ayında neft hasilatının həcminə dair hökumətlərə hər hansı tövsiyələr qəbul olunmayıb.

OPEC-dəki mənbələrin dediyinə görə, yekdil qərarın verilmədiyi iclasda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman öz təklifini martın 4-də keçiriləcək nazirlərin görüşü zamanı açıqlaya biləcəyini bildirib.

Qeyd edək ki, martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı aprel ayında neft hasilatının həcminə dair qərarların veriləcəyi gözlənilir. Bu cür qərarlar adətən 8 ölkənin nümayəndələrinin təmsil olunduğu Monitorinq Komitəsinin tövsiyələri əsasında çıxarılsa da, nazirlər arasında ziddiyyətlər yarandığı zaman həmin qərar ümumi görüşdə aparılan danışıqlarda verilir