Siyasət

03 Mart

OPEC+ Nazirlər Komitəsi apreldə neft hasilatının  artırılması variantını müzakirə edəcək

Çərşənbə günü OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) fevral-mart aylarında Səudiyyə Ərəbistanının üzərinə götürdüyü hasilatın sutkada 1 milyon barrel məhdudlaşdırılması ilə bağlı könüllü öhdəliyin aprel ayında başa çatması ilə əlaqədar, üzv ölkələri tərəfindən neft hasilatının sutkada 0,5 milyon barrel artırılması variantını müzakirə edəcək.

Məlumata görə, dünən OPEC+ Texniki Komitəsinin qənaətinə görə, sutkad 1,5 milyon barrelə faktiki qayıdış neft bazarının balanslaşdırılmasına təsir etməyəcək, baxmayaraq ki, bu cür aydın şəkildə tövsiyyə JMMC üçün qeyd olunmayıb.

O cümlədən, iştirakçılar may və iyun aylarında neft hasilatının sutkada 0,5 milyon barrel artırılması məsələsinə toxunublar, çünki yanvar ayından OPEC+ ölkələri dərhal sutkada 2 milyon barrle artırmaqdan imtina ediblər, fevral-mart aylarında isə tədricən artım üçün fasilə götürüblər (Rusiya və Qazaxıstan istisna təşkil edir).