Siyasət

03 Mart

“Petkim”-ın  ümumi gəlirində daxili satışların payı nə qədərdir?

 “Petkim” neft kimya kompleksinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların payı 67%-ə çatıb.

Fins.az xəbər verir ki,“Petkim” qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20% azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21% artıraraq 1,9 milyard TL-yə çatdırıb.

Bildirilib ki, bu uğurun qazanılmasına məhsuldarlıq, rəqəmsallaşma, məzənnə və faiz riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarəçiliyi və STAR NEZ ilə istehsalın inteqrasiya mühüm təsir göstərilib.

Müəllif: Aynur Qəniyeva