Siyasət

02 Mart

"AzerGold" 2028-ci ilədək Azərbaycanda 11 mədən yatağını istifadəyə verməyi planlaşdırır

“AzerGold” QSC 2028-ci ilə qədər 6 qızıl yatağının istifadəyə verilməsini planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib.

Bazar ertəsi İbrahimov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Tərəflər iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd ediblər. Görüş zamanı İbrahimov bildirib ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır», - QSC-nin məlumatında deyilir.