Siyasət

25 Fevral

Putinin qələbəsi: Avropa üçün keçilməz maneə...

Tamamlanmaqda olan Şimal Axını-2 layihəsi Vladimir Putinin növbəti qələbəsidir.

Fins.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” nəşrində yayımlanan məqalədə deyilir.

“Rusiya artıq Avropa qaz bazarının təxminən 40 faizini əlində saxlayır və bu, yalnız artmağa doğru davam edəcək. Şimal Axını-2 ABŞ-Avropa münasibətlərinə uzunmüddətli zərbə vuracaq. Rusiya öz enerji resurslarından siyasi alət kimi istifadə edir. Moskva ilə əməkdaşlıq edən bəzi Avropa ölkələri öz ambisiyalarından və Qərb ittifaqına qoşulmaq səylərindən imtina edir. Şimal Axını-2 kəməri Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji çoxşaxəliyi üçün keçilməz maneədir”, - deyə bildirilib.